Şahnazaryandan müsəlmanları sevindirən təklifbackend

Şahnazaryandan müsəlmanları sevindirən təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şahnazaryan “Rusiyada xeyli sayda mənasız bayramlar var” deyə bildirib.

“Məsələn, mən Rusiyanın müstəqillik gününü qəbul etmirəm. O həmişə müstəqilliyini qoruyub. Amma niyə müsəlmanların bir bayramı keçirilməsin və hamı üçün həmin gün tətil olmasın? Müsəlmanlar bunu qiymətləndirərlər. İnsanlar anlamalıdılar ki, onlar belə bir ölkədə yaşayırlar və onlar həmvətəndirlər” deyə Şahnazaryan əlavə edib.
Hansı bayramın keçirilməsi məsələsini isə rejissor Rusiya müsəlmanlarının öhdəsinə buraxmağı məsləhət görüb.

Rusiyada 2015-ci ildə müsəlmanlar ümumilikdə15 gün dini bayramları keçirəcəklər. Ancaq bu müsəlmanların kompakt yaşadığı bölgələrdə tətbiq olunacaq.

İnterpress.az