8 min müsəlmanı öldürən serblərlə bağlı son qərarbackend

8 min müsəlmanı öldürən serblərlə bağlı son qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vuyadin Popoviç və Lubişa Bearaya verilən ömürlük həbs cəzasıyla bağlı kasasiya şikayəti rədd edilib. İnterpress.az xəbər verir ki,qərara əsasən Draqa Nikoliçə verilən 35 illik cəza da dəyişməyib. Radivoy Miletiçə verilən 19 il həbs 18 ilə endirilib. Vinko Pandureviçə verilən 13 il həbs cəzası da təsdiqlənib. Müqəssirlərdən Milan Qvaro öldüyü üçün onun barəsində qaldırılan cinayət işi ləğv olunub.

Serebnitsa və Cepa Anaları Dərnəyinin rəhbəri Munita Subaşiç ancaq iki nəfər haqqında ömürlük həbs qərar verilməsinə etiraz edib.

Qeyd edək ki, 1995-ci ildə BMT əsgərləri tərəfindən qorunan Serebnitsada serblər 8 min bosniyalı müsəlmanı öldürüb.

İnterpress.az