Ukrayna iki rusiyalı jurnalisti ölkədən qovdubackend

Ukrayna iki rusiyalı jurnalisti ölkədən qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın “Life News” telekanalının müxbirləri Yelizaveta Xramçova və Nataliya Kalışeva yanvarın 30-da Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Kiyev saxlanılaraq ölkədən deportasiya ediliblər.

UTX-nin sözcüsü Markiyan Lubkivckinin məlumatına görə, Rusiya vətəndaşı olan jurnalistlər yaxın beş ildə ölkədə girə bilməyəcəklər.

“Life News” kanalı da xəbəri təsdiqləyib. “Yelizaveta Xramçova redaksiyaya zəng edərək bildirib ki, o və oprator Nataliya Kaışeva UTX tərəfindən deportasiya olunmaları barədə təlimatlandırılaraq Rusiya ilə sərhəddən çıxardılıblar. Qızlar özülərini yaxşı hiss edirlər.

Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən jurnalistlərin oğurlanması bildirilirdi. Rusiya müxbirlərin tez bir zamanda azadlığa buraxılmasını tələb edirdi.

Ukrayna tərəfi isə qızların jurnalistikayla heç bir əlaqələrinin olmadığını bildirib. “Onlar Rusiya kəşfiyyatının əməkdaşları idilər”.

Qeyd edək ki, “Life News” telekanalının adı ilk dəfə deyil belə qalmaqalda hallandırılır. Keçən ilin may ayında Ukraynanın Kramatorski yaxınlığında telekanalın iki əməkdaşı aeradroma hücum etməyə hazırlaşan silahlılarla birgə saxlanılmışdılar. Onların avtomabilində portativ zenit raket qurğusu aşkar olunmuşdu.

İnterpress.az