Radamel Falkao “Real Madrid”lə matçda iştirak edə bilərbackend

Radamel Falkao “Real Madrid”lə matçda iştirak edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin \”Qalatasaray\” klubunun zədəli futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinın IV turunda \”Real Madrid\”lə İspaniyadakı matçda iştirak edə bilər.

İnterpress.az \”Haberturk\”ə istinadən xəbər verir ki, bir aydır komanda ilə birlikdə məşqlərə qatıla bilməyən 33 yaşlı hücumçu son günlər fərdi məşqlərə start verib. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim kolumbiyalı oyunçu ilə görüşüb və onun İspaniyadakı səfər oyununda çıxış etməsinin önəmli olduğunu vurğulayıb.

Təcrübəli forvard görüşə kimi tam hazır olmasa, start heyətdə deyil, sonradan oyuna daxil ola bilər.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək \”Real Madrid\” – \”Qalatasaray\” matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.