Şəkidə ev yanıbbackend

Şəkidə ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 17:25 radələrində rayonun Kövər-Zəyzid kəndində, Kərəm Qasım oğlu Kərəmova məxsus, birmərtəbəli ümumi sahəsi 160 kv/m olan 3 otaq və şüşəbəndən ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin bütövlükdə yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yanğın baş verən zaman ev sahiblərindən heç kəs evdə olmayıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

İnterpress.az