1720 — İsveçrə və Prussiya arasında sülh sazişi imzalanıb.
1732 — Rusiya və İran arasında Rəşt sülhü imzalanıb.
1800 — Fransada referendum yolu ilə Konstitusiya qəbul edilib: 3 011 007 səs lehinə, 1 562 əleyhinə.
1865 — ABŞ-da köləlik ləğv edilib.
1884 — “Oksford lüğəti”nin ilk nəşri işıq üzü görüb.
1918 — Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti altında Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib.
1924 — Böyük Britaniya SSRİ-ni tanıyıb.
1926 — Qırğızıstan MSSR təşkil edilib.
1930 — Sovet hökuməti (SSRİ Xalq Komissarları Soveti) \”Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında\” qərar qəbul edib. Kolxoz qurujuluğu ilə bağlı genişmiqyaslı repressiya maşını Azərbayjanda da işə düşüb. Kolxoza qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.
1931 — Rusiyanın ilk prezidenti Boris Yeltsin dünyaya gəlib.
1949 — Türkiyənin paytaxtı Ankarada \”Azərbaycan Kültür Dərnəyi\”nin təsis edilməsi dünyada Azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım olub. Bundan sonra, 1956-cı ildə Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da \”Amerikanın Azərbayjan Cəmiyyəti\”ni təsis etdi. Hazırda bu quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
1958 — Misir və Suriya “Birləşmiş Ərəb Respublikası” yaradıb. Qurumun ömrü cəmi 3 il olub.
1979 — Ruhulla Xomeyni Fransadan İrana qayıdaraq hakimiyyəti ələ alıb.
1979 — Türk jurnalist Abdi İpəkçi qətlə yetirilib.
1994 — Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarında partlayış baş verib. Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı.
1996 — Rusiya və Ukraynada 1 milyon şaxtaçı tətilə başlayıb.
1999 — türk müğənni Barış Manço vəfat edib.
2004 — azərbaycanlı rejissor Lütfi Məmmədbəyov vəfat edib.
2007 — Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub.
2010 — Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan
Respublikası və Komor Adaları Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.
2011 — azərbaycanlı müğənni Rüfət Mehdiyev vəfat edib.
İnterpress.az