İspaniyada 100 min etirazçıbackend

İspaniyada 100 min etirazçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün paytaxt Madriddə 100 minə yaxın insan ölkənin sosial-siyasi həyatında dəyişiklik tələbi ilə yürüş edib.

Solçu Podemos partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada fəallar hakim “Xalq” partiyasına qarşı şüarlar səsləndiriblər. Aksiya iştirakçıları ölkədə işsizliyin aradan qaldırılması və həyat səviyyəsini yaxşılaşdırılması tələbləri çıxışlar ediblər.

İspaniyada işsizlik həddi 23.7 faiz təşkil edir. Bu, Avropda ən yüksək göstəricilərdən biridir.

Puerta-del-Sol meydanında toplaşan etirazçılar 2015-ci ilin dəyişiklik ili olacağına inandıqlarını deyiblər.

Etirazçılar, “Biz Troykaya və Merkelə qarşı mübarizə aparan Yunanıstan və digər cənubi Avropa ölkələri ilə birləşməliyik. Kapitalizm dövrü artıq sona çatıb və biz artıq bu cür yaşamağa davam edə bilmərik”

“Podemos” partiyası cəmi bir il ərzində İspaniyada hakim partiyadan sonra ən məşhur partiyaya çevrilib. ( anspress.com )

İnterpress.az