OPEC+ dekabr görüşündən sonra hasilatı daha da azalda bilərbackend

OPEC+ dekabr görüşündən sonra hasilatı daha da azalda bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OPEC+ dekabrda keçiriləcək iclasda neft hasilatının daha da azaldılıb-azaldılmaması ilə bağlı qərar verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə \”Mehr\” agentliyinə müsahibəsində İranın neft naziri Bijən Nəmdar Zəngənə bildirib.

\”Hesab edirəm ki, dekabrın 5-də OPEC-ə üzv ölkələrin iclasında neft hasilatının azalması davam edəcək. Bu, o deməkdir ki, OPEC bazara çıxarılacaq həcmi azaldacaq\”, – nazir deyib.

İclasda OPEC+ üzvü olan ölkələr 2020-ci ilin martından sonra hasilat səviyyəsinə dair məsələyə baxacaqlar. Mövcud məlumatlara görə, dünya üzrə ticari neft ehtiyatları hələ də razılaşmanın hədəfi olan beş illik orta səviyyəni üstələyir. Müşahidəçilər eyni zamanda neftə olan tələbatın artım tempini azalda biləcək qlobal iqtisadi artım tempinin azalmasının əlamətlərini də qeyd edirlər.