Britaniya siyasi partiyaları “Brexit”i dayandırmaq üçün birləşdilərbackend

Britaniya siyasi partiyaları “Brexit”i dayandırmaq üçün birləşdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın 3 siyasi partiyası “Brexit”i dayandırmaq üçün növbədənkənar parlament seçkilərində taktiki səsvermə haqqında razılığa gəliblər.

“Press Association” xəbər verir ki, söhbət Liberal-demokrat, Uelsin “Playd Kamri” və “Yaşıllar” partiyalarından gedir.

“Biz razılığın əldə olunmasına sevinirik. Bu insanlar üçüb vacib andır. İndi onlar AB-də üzvlüyü saxlamaq üçün bizim namizədlərə səs verə bilərlər”, – bunu “liberal demokratlar”ın lideri Co Suinson deyib.

Razılığa əsasən 3 siyasi partiyanın namizədləri eyni seçki dairəsində yalnız şansı çox olan birinə dəstək verəcəklər. Belə olan təqdirdə namizədin parlamentə keçmə ehtimalı daha yüksək olacaq.