İnterpress.az-ın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, vida mərasimində MN-in zabiti, polkovnik Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxış edərək torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
Bölgənin qazısı Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
E. Allahverdiyev Şəhidlər xiyabanında dəfn edilib.
Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, məzar üzərinə Müdafiə Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi və ictimai təşkilatlar adından əklillər və gül dəstələri düzülüb, cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.
İnterpress.az