“Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib”backend

“Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Barak Obama bunu CNN-ə müsahibəsində Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə Ukrayanın şərqində rusiyameylli separatçılar aktivləşib. Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Obama hesab edir ki, Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir.

ABŞ prezidenti deyib ki, onun ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın.

İnterpress.az