İnterpress.az VOA-ya istinadən xəbər verir ki, Səyidnə Ruqqaya məqbərəsinə ziyarətə gedənlərdən 20-si xəsarət alıb.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, terror aksiyası kimi qiymətləndirilən hücum 5 kiloqram partlayıcı maddənin avtobusun ön hissəsinə yerləşdirilməsi ilə həyata keçirilib. İkinci zihazın zərərsizləşdirilməsinə nail olunub.
Suriyanın Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsi hücumun məsuliyyətini üzərinə götürüb. Qrup avtobusda olan sərnişinlərin Hizbullah döyüşçüləri olduğunu bildirib.
Suriyanın 4 ildir davam edən münaqişəsi səbəbi ilə o ölkəyə ziyarətə gedən 200 min şiə zəvvar həlak olub.
İnterpress.az