Milli Məclisin yaz sessiyası işə başladıbackend

Milli Məclisin yaz sessiyası işə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcə Azərbaycanın dövlət himni oxunub.

Yaz sessiyasının ilk iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında qərar, Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar, Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi, \”Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında\” sazişin təsdiq edilməsi barədə qanun layihəsi, \”Yanğın təhlükəsizliyi haqqında\” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, \”Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında\” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi qanun layihəsi, \”Əhalinin sağlamlığının qorunması haqqında\” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, \”Yol hərəkəti haqqında\” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi, \”Reklam haqqında\” Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsi və qəbul edilməsi daxildir.

İnterpress.az