Külək minarələri yıxdı – VİDEObackend

Külək minarələri yıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bölgənin Sinanpaşa rayonunun Kılıçarslan kəndində güclü külək Kocatepe məscidinin iki minarəsini birdən yıxıb. Hadisə günorta saatlarında baş verib.

Günorta namazını qılmaq üçün məscidə gələn sakinlər minarədən səs gəldiyini fərq ediblər. Məscidin həyəti və yaxın evlər boşaldılıb. Kənd rəhbərliyinə məlumat verildiyi vaxtda 40 metrlik minarə uçub.

Bir müddət sonra ikinci minarə də küləyin təsiriylə aşıb. İkinci minarənin yıxılması telefonla lentə alınıb. Minarə aşarkən iki hissəyə bölünüb.


İnterpress.az