18 dərəcə isti olacaqbackend

18 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında fevralın 3-də bəzi yerlərdə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da çərşənbə günü hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

İnterpress.az