İnterpress.az xəbər verir ki, vali təhsil işçiləri qarşısında çıxış edərək Ərdəbilin inkişafından söz açıb. Eyni zamanda hamıdan ana dilində danışmağı tələb edib:
“Bütün yerli məmurlar televiziya proqramlarında iştirak edəndə türk dilində danışmalıdırlar. Xüsusən də yerli televiziyada ana xəbər bülletenindən sonra yayınlanan proqramda istifadə etdikləri dil türkcə olmalıdır. Mən baxıram, onların bir çoxu ana dilimiz olan türk dilində danışmağa cəhd göstərirlər. Ancaq istifadə etdikləri ifadələrin 99 faizi farscadır. Öz türk dilimizdən, öz sözlərimizdən istifadə etsələr daha gözəl olar”.
İnterpress.az