Azərbaycan və Uels millilərinin start heyəti açıqlandıbackend

Azərbaycan və Uels millilərinin start heyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində görüşəcək Azərbaycan və Uels milli komandalarının start heyəti açıqlanıb.

Millimizin ilk on birliyində meydana Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev çıxacaqlar.

Uels yığmasının start heyətində isə Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms yer alırlar.

Qeyd edək ki, 8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir.