Aytən Bağırova 47 saylı məktəbi öz şəxsi “obyektinə” çevirib-ŞİKAYYƏTbackend

Aytən Bağırova 47 saylı məktəbi öz şəxsi “obyektinə” çevirib-ŞİKAYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Nərimsnov rayonu 47 saylı məktəbin müəlliməsi Mərdanova Təranə Qafar qızının adı çəkilən məktəbdə baş verən qanuna zidd hərəkətlər və məktəbin direktoru Aytən Bağırova haqqında saytmıza ünvanladığı məktubu olduğu kimi təqdim edir.
____________________________________________________________________________________________
Ölkəmizdə təhsil sistemi Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı sayəsində günü-gündən inkişaf edir.
Buna baxmayaraq, bəzi məktəb direktorları bu qayğı və diqqətə öz qanunsuz əməlləri ilə kölgə salır.
Mən Mərdanova Təranə Qafar qızı
2001-ci ildən Nərimanov rayonu 47 saylı məktəbdə Tarix fənnindən dərs deyirəm.
Tədris elədiyim bu illər ərzində, işimdə heç bir nöqsan və səhlənkarlığa yol verməmişəm. Amma yazdığım bu şikayət ərizəmdə, çalışdığım məktəbin direktoru Aytən Bağırovanın bu təhsil ocağını, öz şəxsi \”obyektinə\” çevirib ürəyi istədiyi kimi idarə etməsindən bəhs edəcəm.
Beləki, mən 5-ci sinifdən başlayaraq, 11-ci sinifə qədər şagirdlərimə Tarix fənnindən hər il dərs keçmişəm. Məktəbi başa vuran şagirdlərim yüksək nəticələrlə ali məktəblərə qəbul olunublar. Bu ilin tədris ili başlayan kimi, direktorumuz məni yanına çağırıb, dərs keçdiyim 9-cu siniflərimi öz qohumuna həvalə etdiyini bildirdi. Məni isə 5-ci siniflərə keçirtdiyini dedi. Etiraz edəndə,cavabı belə oldu, əcəb edirəm, məktəb mənimdir, necə istəyirəm elə də olacaq. Mən şikayət edəcəyimi bildirəndə, get hara istəyirsən müraciət et dedi. Mən artıq susmayacağam. İllərdir direktorumuzun məktəbdə açdığı bazara alverə göz yummağa vadar edilmişik. Bu özbaşınalıqlara sin qoyulsun. Dərs keçdiyimiz jurnallara qiymətlər bizə karandaşla yazdırılır, rübün sonunda silinib (təbii ki, direktor tərəfindən alınan rüşvət müqabilində) yüksək qiymətlərlə əvəz olunur. Buna əyani sübutlarım da var. Tədris ili başlamamışdan, siniflər müəllimlərə satılır. Məktəbdə savadlı pedaqoqlar olduğu halda, sinif rəhbərliyi, məktəbin təşkilatçısına, təsərrüfat işçisinə həvalə olunur. Və buna bənzər neçə belə qanunsuzluqlar sadalamaq olar…
Sizdən öncə, Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna, Nərimanov rayon Prokurorluğuna, Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin rəhbəri İlqar Mahmudova, Bakı Baş Təhsil idarəsində daxili nəzarət idarəsinin rəisi Sərxan müəllimə şikayətlərimi, yazılı və şifahi şəkildə çatdırmışam.Lakin məktəbin direktoru Aytən Bağırovanın xüsusi təşəbbüsü ilə şikayətlərimin qarşısı alınır.
…Ulu Öndərimiz Cənab Heydər Əliyev…Allah ona qəni qəni rəhmət eləsin. Zamanında öz çıxışlarında deyərdi…Müəllimlik peşəsi müqəddəsdir! Və Müəllimin haqqını heç yerdə heç vaxt tapdalamaq olmaz!…
Sizdən artıq dərəcədə xahiş edirəm. Ulu Öndərimizin bu sözlərimi əsas tutaraq, çalışdığım təhsil ocağında baş verən qanunsuzluqlara son qoyulması üçün mənim şikayətimi öz saytınızda işıqlandırın. Öncədən təşəkkür edirəm.

Mərdanova Təranə Qafar qızı
Nərimanov rayonu 47 saylı məktəbin müəlliməsi