Bu barədə məlumatı İnterpress.az-a Rafiq Daşdəmirli verib.
AXCP rəsmisinin sözlərinə görə, müraciətə səbəb həbsdə olan oğlu Sənan Daşdəmirlinin səhhəti ilə bağlıdır. “Sənan çox xəstədir. Xəstəlik onu üzüb. Göz ağrıları, ürək və beyin təzyiqi var idi. İndi də bağırsaq çatı yaranıb” deyə AXCP rəsmisi bildirib.
Həbsdə olan oğlunun səhhəti ilə maraqlanmaq üçün hüquq müdafiəçisinə müraciət edən Rafiq Daşdəmirli onun tibb müəssisəsinə yerləşdirilməsinə kömək göstərilməsini istəyib: “Elçin Behbudova ərizə yazdım. Dedi ki, kömək etməyə çalışacaq”.
Elnarə
İnterpress.az