İnterpress.az xəbər verir ki, Qəndahar polis rəisi Əhməd Zia Durani hadisənin bazar günü axşam saatlarında baş verdiyi deyib. Faktla bağlı artıq cinayət işi açılıb, araşdırma gedir.
“Taliban”ın sözcüsü Kari Yusif Əhmədi deyib ki, qətl törədən polislər onlara işləyib və qətli təşkilatın tapşırığı ilə törədiblər. Həmin polislər öldürdükləri yoldaşlarının silahlarını da götürüb terror təşkilatına qoşulublar.
İnterpress.az