Onun sözlərinə görə, “Luqansk Xalq Respublikası” ilə birikdə qüvvələrin sayı 100 minə çatdırılacaq.
İnterpress.az xəbər verir ki, Zaxarçenko ilk mərhələdə könüllülərin tələblərini diqqətə alacaqlarını deyib. O bildirib ki, bir aylıq təlimlərlə silahlı qüvvələrin sayı çoxaldılacaq.
Qeyd edək ki, rəsmi Kiyev şərq vilayətlərindəki seperatçıların Rusiyadan dəstək aldıqlarını vurğulayır. Özlərini müstəqil elan edən seperatçıların səfərbərlik elanlarının orada döyüşən Rusiya əsgərlərinin varlığını gizlətmək məqsədi daşıdığı bildirilir.
İnterpress.az