“Şahdəniz” qazının ixracı 26%-dən çox artıbbackend

“Şahdəniz” qazının ixracı 26%-dən çox artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 22 004,9 mln. kubmetr qaz nəql edilib.

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədəəvvəlki ilin müvafiq dövrünə nisbətən 17,9% artım müşahidə olunub. Qazın nəqlinin 38,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Hesabat dövründə bu kəmərlə 8 376,9 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 26% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

İnterpress.az