Tbilisidə etirazçılar Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.
İnterpress.az xəbər verir ki, təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.
Aksiya təşkilatçılarının sözlərinə görə, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.
Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir.
Etirazçılar hökumətin istefasını da tələb edirlər.
İnterpress.az