Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab baş nazir, başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilən parlament seçkilərində qələbəsi və Yunanıstan Respublikasının baş naziri vəzifəsinə seçilməyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
İnterpress.az