İnterpress.az VOA-ya istinadən xəbər verir ki, Ağ Evin açıqladığı məlumatda cənab Obama və xanım Merkel arasında danışıqlar zamanı Ukraynada münaqişə, terrorizmə və İslam Dövləti qrupuna qarşı mübarizə, Əfqanıstan və İranda vəziyyət kimi bir sıra məsələlərin müzakirə ediləcəyi bildirilir.
ABŞ prezidenti və Almaniya kansleri iqtisadi inkişaf məsələləri və iyun ayında Böyük Yeddilərin Almaniyada keçirilək zirvə görüşünü də müzakirə edəcək.
Ağ Evin bildirdiyinə görə, cənab Merkelin fevralın 9-a Vaşinqtona səfəri ABŞ və Almaniya arasında əməkdaşlığın əhəmiyyətini vurğulayır.
İnterpress.az