İnterpress.az bildirir ki, bu barədə “Euromag” jurnalı məlumat verib. Jurnalın yazdığına görə, məqsəd benzindən maksimum dərəcədə imtina etməkdir.
Ekologiya naziri Seqolen Ruayal təsdiq edib ki, köhnə dizel maşınını elektrik və ya hibridlə işləyən anoloquna dəyişənlərə “ekoloji super bonus” veriləcək. Ekoloji bonusun məbləği 10 min avro olacaq.
Qeyd olunur ki, 2014-cü ildə Fransada 10 560 elektromobil satılıb.
İnterpress.az