Kadırovdan batalyon komandirinə təhqirbackend

Kadırovdan batalyon komandirinə təhqir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə özünün “İnstagram” səhifəsində Çeçenistanın prezidenti Ramzan Kadırov bildirib. İnterpress.az xəbər verir ki, Kadırov Munayevin ölümdə Adam Osmayev və arvadı Amina Okuyevanın əlinin olduğunu bildirib: “Munayev heç vaxt döyüşçü olmayıb. Həmçinin əsl kişi də. Çeçen, döyüşçü, kişi özünün komandirini meydanda atıb gedərmi? Munayev isə arxasına baxmadan, özünün ali baş komandanını ataraq Qroznıdan qaçıb”.

Kadırov qeyd edib ki, Munayevin qaçışdan sonra xidmət etdiyi xarici kəşfiyyat qurumları onun dəyərdən düşdüyünü görüb ləğv etmək qərarına gəliblər.
Kadırov Ukrayna ordusu tərəfdə döyüşən bütün çeçenləri ölkəyə qayıtmağa səsləyib: “Bu, sizin müharibəniz deyil. Təcili evə qayıdın. Bu, sizin üçün sağ qalmaq şansıdır”.

Xatırladaq ki, Dudayev adına batalyonun komandiri İsa Munayev Donbasda gedən döyüşlərdə fevralın 2-də həlak olub. Qeyd edək ki, həmin batalyonun ştab komandiri hazırda mühacirətdə olan polkovnik İsa Sadıqovdur.

Munayevin ölümünün təfərrüatları bilinmir.

İnterpress.az