Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.
İnterpress.az xəbərinə görə, iclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.
İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.
10:27
Bu gün saat 11:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası keçiriləcək.
Bu barədə YAP-dan verilən məlumatda bildirilib.
İclasdan sonra YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.
Mətbuat konfransı saat 15:00-da YAP-ın qərargahında olacaq.
İnterpress.az






