Dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.
Prezident Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.
Sonra prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.
Prezidentə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib, bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.
Daha sonra dövlət başçısı və xanımı Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
İnterpress.az