İranda erməniləri qəzəbləndirən kitab nəşr olundubackend

İranda erməniləri qəzəbləndirən kitab nəşr olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ermənistanın ilk baş naziri, Daşnaksütyun Partiyasının qurucusu olan Ovanes Kaçaznuninin böyük əks-səda doğuran hesabatı “Buta” nəşriyyatında çap edilib. Kitaba türkiyəli tarixçi Mehmet Perincek ön söz yazıb. Hesabatı Səccad Zeynallı tərcümə edib.

Hesabatda Kaçaznuni ermənilərin soyqırıma məruz qalmadıqlarını vurğulayıb. Kitab 2 həftə sonra satışa çıxarılacaq. Ancaq indidən kitabla bağlı etirazlar başlayıb.

Xatırladaq ki, Ovanes Kaçaznuni 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri olub. O, 1867 – ci ildə Axıskada doğulub və 1938 – ci ildə Ermənistanda ölüb. Ovanes Kaçaznuni 1923-cü ildə Buxarestdə Paris Konfransına bir hesabat təqdim edib. Bu hesabat böyük mübahisələr yaradaraq ermənilərin narazılığına səbəb olub. Hesabat Ermənistanda qadağan edilib.

Hesabat sonralar Moskvadakı Lenin Kitabxanasında tapılıb.

İnterpress.az