Zərərin miqdarı xüsusi işçi qrupunun yekun hesabatından sonra müəyyən ediləcək.
İnterpress.az xəbər verir ki, təklifi Lideral Demokrat Partiyasından olan deputat Mixail Deqtryarov səsləndirib: “Faktiki olaraq Almaniya SSRİ-yə vurduğu ziyana görə heç nə ödəməyib. ADR-lə reparasiyalardan qarşılıqlı imtina edilməsi barədə saziş imzalanıb. Amma AFR və birləşmiş Almaniya ilə belə bir saziş olmayıbsa, demək, məsələ açıq qalır”.
Deputat xatırladıb ki, Almaniya İkinci Dünya Müharibəsində iştirak etməyən ölkələrə belə ziyana görə ödəmə edib. Məsələn, İsrail “milli-sosial ədalətsizliyə görə” 60 milyard avro alıb.
“Belə çıxır ki, Almaniya altı milyon Holokost qurbanına kompensasiya ödəyib, amma öldürülən 27 milyon sovet vətəndaşı nəzərə alınmayıb. Fikrimcə, Almaniyanın SSRİ-yə, yəni onun varisi Rusiyaya ödəcəyi reperasiya məbləği azı 3-4 milyard avro olmalıdır” deyə deputat bildirib.
Lakin ekspertlər hesab edirər ki, Almaniyaya qarşı iddialar haqlı olsa da, müharibədən 70 il sonra bunu istəmək real deyil.
İnterpress.az