ABŞ-da istefa verən Rik Perrinin əvəzinə Energetika naziri vəzifəsinə Den Bruyett təyin olunub.
“RİA Novosti” xəbər verir ki, Bruyettin namizədliyini ABŞ senatı dəstəkləyib.
Palatanın 100 üzvündən 70-i Bruyettin nazir postuna gətirilməsinin lehinə səs verib.
Xatırladaq ki, Energetika naziri vəzifəsindən istefa verən Rik Perrinin bundan sonra əvvəllər qubernatoru olduğu Texas ştatında fəaliyyətinə davam edəcəyi bildirilir.
İnterpress.az