Bakıda iki qardaş bıçaqlanıbbackend

Bakıda iki qardaş bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki qardaş bıçaqlanıb.

İnterpress.az-ın xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Belə ki, Əli Yunusov və qardaşı Xaliq Yunusov qəsəbənin H.Quliyev küçəsi, 23 saylı binanın qarşısında olarkən 3 nəfər naməlum şəxslə mübahisə ediblər. Daha sonra həmin şəxslər qardaşlara qol və bud nahiyyələrindən bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.