Azərbaycanlı ailə Rusiyada adam oğurladıbackend

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tümen vilayətində azərbaycanlı ailə 19 yaşlı taciki oğurlayıb.

İnterpress.az-ın xəbərinə görə, onlar çərəz ticarəti ilə məşğul olan oğlandan pul tələb edərək, bir neçə gün onu qapalı yerdə saxlayıblar.

İstintaq İdarəsindən verilən məlumata görə, onlar 54 yaşlı azərbaycanlı, onun 27 və 22 yaşlı iki oğlu olub.

Ailənin başçısı çərəz almaq adı ilə tacikə yaxınlaşıb və onu çərəzlərlə birgə avtomobilə qoyub, yaşayış yerinə gətirib.

Qardaşlar isə ona hücum edərək əl-ayağını bağlayıb, azadlığı üçün əvvəl 2 milyon rubl (53 min AZN), daha sonra isə 500 min rubl (13,250 AZN) pul tələb ediblər.

Sonradan qurbanlarına yemək vermək üçün əl-ayağını açdıqda o fürsətdən istifadə edərək ayaqyalın, yarıçılpaq vəziyyətdə oradan qaçıb.

O, qonşuluqdakı evlərdən birindən telefon istəyərək taksi çağırıb, evlərinə gedəndən sonra polisə xəbər verib.

Cinayətlə bağlı “qanunsuz olaraq azadlıqdan məhrum etmə” maddəsi ilə cinayət işi açılıb.

Cinayətkarların qurbanın yaxınlarından pul tələb etməyə vaxtları olmadığından, cinayət oğurluq kimi qiymətləndirilməyib.

Qeyd edək ki, tacikin oğurlanma səbəblərindən biri ailənin kiçik oğlu ilə məişət zəminində konflikt yaşaması olub.

İnterpress.az