Qubad İbadoğluna daha bir xəbərdarlıq…backend

Qubad İbadoğluna daha bir xəbərdarlıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, toplantıda bir neçə partiya üzvünün “Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi” yaratmaları da müzakirə olunub.

MNTK bunu partiyanın qurultayında seçilmiş legitim orqanlarının, o cümlədən MNTK-nın fəaliyyətini şübhə altına almaq, ona alternative olmaq cəhdi kimi qiymətləndirib: “Partiyadaxili şikayətlə bağlı prosedur hüququndan nümayişkaranə şəkildə imtina edərək, əvəzində partiya strukturlarına qarşı qondarma qurum yaratmaq partiyanın MNTK-nın səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdidir. MNTK özünü üzvü olduğu partiyaya qarşı qoyan, belə hərəkətləri ilə təşkilatın nüfuzuna zərbə vurmaq məqsədi güdən şəxslər xəbərdarlıq edir ki, bu cür hərəkətlər Müsavat Partiyasının Nizamnaməsinin kobud şəkildə pozulması cəhdidir”.

MNTK belə hərəkətlərə yol verən şəxsləri partiya Nizamnaməsinə zidd fəaliyyətlərinə son qoymağı tələb edib.

Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları partiyadakı vəziyyətlə əlaqədar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər. Komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar Müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.

İnterpess.az