ŞOK: Avtobus sərnişini əzərək öldürdü – BAKIDAbackend

ŞOK: Avtobus sərnişini əzərək öldürdü – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə \”Ulduz\” metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən 10 TL 340 dövlət nömrə nişanlı \”Daewoo\” markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb.

Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstəxanaya çatdırılarkən qadın artıq dünyasını dəyişibmiş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.

Avtobusun əzdiyi qadının şəxsiyyəti dəqiqləşdirilir.

İnterpress.az