İdman Akademiyasının tələbələrinə britaniyalı müəllimlər tərəfindən fənlər tədris olunurbackend

İdman Akademiyasının tələbələrinə britaniyalı müəllimlər tərəfindən fənlər tədris olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda İdman Akademiyasının ingilis dilində tədris olunan hər 3 magistr proqramının tələbələrinə Böyük Britaniyanın qabaqcıl universitetlərinin professor-müəllim heyəti tərəfindən fənlər tədris olunur.

İnterpress.az xəbər verir ki, Böyük Britaniyada tədris-təcrübə səfərində olan “İdman menecmenti” ixtisasının I və II kurs magistrantlarına onların Lafbra şəhərində yerləşən Lafbra Universitetində tədris modulundan sonra Bornmut şəhərində yerləşən Bornmut Universitetində professor Stiv Tauna tərəfindən “Biznes qərarları üçün maliyyə bacarıqları” fənni, İdman Akademiyasının İdman Jurnalistikası studiyasında “İdman jurnalistikası” ixtisasının I kurs magistrantlarına BBC-nin keçmiş studiya meneceri, Şeffild Hallam Universitetinin Media, İncəsənət ve Kommunikasiya departamentinin baş müəllimi Riçard Vilson tərəfindən “Audio və radio jurnalistikası” fənni, İdman Akademiyasının tibbi elmi-tədris laboratoriyasında “İdman tibbi və reabilitasiya” ixtisasının I kurs magistrantlarına UCL-in İdman, Məşq və Sağlamlıq İnstitutunun Kliniki Fizioterepiya mütəxəssisi və fəxri müəllimi Bryus Paton tərəfindən “Bərpa və reabilitasiyanın əsasları” və “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” fənnləri tədris olunur.

İdman Akademiyasının tələbələrinə britaniyalı müəllimlər tərəfindən fənlər tədris olunur

İdman Akademiyasının tələbələrinə britaniyalı müəllimlər tərəfindən fənlər tədris olunur