NATO-nun Gürcüstan planlarıbackend

NATO-nun Gürcüstan planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə NATO-nun brifinqidə məlumat verilib. “Alyans Gürcüstanda NATO ölkələri və partnyor dövlətlər üçün təlim mərəzi yaratmaq istəyir. Bu, çox qiymətli məkandır. Çünki Gürcüstan unikal coğrafi məkanda yerləşir” deyə alyansın nümayəndəsi bildirib.

Sözçü qeyd edib ki, bu məsələ Brüsseldə müdafiə nazirlərinin iştirakıyla keçiriləcək Gürcüstan-NATO komissiyalarının iclasında müzakirə olunacaq.

Nümayəndənin sözlərinə görə, Alyansın Gürcüstanda varlığı minimal olacaq: “Onların vəzifəsi təlimlərə hazırlıq, NATO və patryor ölkələrindən hərbçilərin qəbulu və lojistika olacaq”.

O həmçinin bildirib ki, bu il Gürcüstanda NATO-nun təlimləri keçiriləcək.

İnterpress.az