Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan avtomobillərə ziyan dəyib.
APA-nın xəbərinə görə, yanğın baş verən mağazalardan sıçrayan alov avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə avtomobil yanıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.