Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri güllələnibbackend

Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında rayon mərkəzindəki marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb.

O, avtomatdan açılmış atəş nəticəsində ölüb. Meyitin üzərində çoxsaylı güllə yaraları aşkar edilib. Hazırda separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan şəhərdə onun kiminləsə intriqasının, probleminin olmadığı bildirilir.

Hazırda Y. Nəsibovon meyitinin Azərbaycana gətirilib doğulduğu rayonda dəfn olunması üçün tədbirlər görülür.

İnterpress.az