Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”backend

Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”.

Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Facebook” səhifəsində yazıb.

34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır:

“Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”.

Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim keçirilən Qran-Prinin həlledici – IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.

İnterpress.az