İnterpress.az xəbər verir ki, qərara əsasən “Esas” hava nəqliyyatı və turizm ticarət şirkəti partiya sədri və digər 2 nəfərin ailəsinə 1 milyon 356 min lirə (562 min dollar) təzminat ödəyəcək.
Xatırladaq ki, Göksun rayonunda 6 il bundan əvvəl baş verən qəzada həlak olan Muhsin Yazıçıoğlu, Yüksel Yancı və pilot Mustafa Kaya İstektepenin ailələri müxtəlif tarixlərdə Qəhrəmanmaraş prokurorluğuna müraciət edərək maddi və mənəvi təzminatla bağlı iddia qaldırıb.
Qərara görə, Muhsin Yazıçıoğlunun yoldaşı və uşaqlarına 206 min lirə maddi, 550 min lirə də mənəvi təzminat ödəniləcək.
İnterpress.az