Bunu İnterpress.az-a Müsavat başqanının keçmiş müşaviri, hərəkatın yaradıcılarından biri olan Hüseyn Məlik bildirib.
Onun sözlərinə görə, indiyə qədər 19 rayonda hərəkatın təşəbbüs qrupu ilə görüşlər keçirilib: “Sonuncu görüş Cəlilabadda olub. Təşkilat Komitəsinin üzvü kimi mən də həmin görüşdə iştirak etdim. Hərəkata maraq da, axın da var”.
Rayonlarda ADR-in görüşləri üçün yaradılan şəraitə gəlincə Hüseyn Məlik “Cəlilabbadda Müsavatın qərargahı var. Ancaq Hərəkatn təsis yığıncağı üçün qərargahı vermədilər. Ordakı müsavatçlar dedi ki, Arif Hacılı tapşırıb” deyə vurğulayıb.
Elnarə
İnterpress.az