Yanokoviçin bütün imtiyazları əlindən alındıbackend

Yanokoviçin bütün imtiyazları əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, parlamentdə “Viktor Yanukoviçin prezidentlik titulundan məhrum edilməsi haqqında qanun” qəbul olunub. İnterpress.az xəbər verir ki, qanun layihəsinin lehinə sessiya zalında qeydiyyatdan keçmiş 313 deputatdan 281-i səs verib.

Sənəd keçmiş dövlət rəhbəri Yanukoviçin Ukrayna prezidenti kimi bütün titul və imtiyazlarını ləğv edir.

Xatırladaq ki, Yanukoviç 2010-cu il fevralın 25-də Ukrayna prezidenti seçilib. 2014-cü il fevralın 22-də Ali Rada konstitusiyadan kənar vasitələrə əl atdığı üçün onun səlahiyyətlərinə son verib.

İnterpress.az