Dubay polisindən Ərdoğana ittihambackend

Dubay polisindən Ərdoğana ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin polis rəisinin müavini Dahi Halfan Tamim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəni terrorçuların bazasına çevirməkdə ittiham edib.

Suriya dövlət agentliyi SANA-nın məlumatına görə, rəis müavini bu barədə “Twitter” hesabında yazıb: “Ərdoğan Türkiyəni nəinki terrorçular üçün dəhlizə çevirib, həm də terrorçuları qoruyur və onlara təlim keçir”.

Tamim bütün ərəb ölkələrini Türkiyə səfirliyinə etiraz məktubu yazmağa çağırıb.

İnterpress.az