Milli Məclisdə Ukrayna Ali Radasının deputatları ilə görüş keçirildibackend

Milli Məclisdə Ukrayna Ali Radasının deputatları ilə görüş keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MM-dən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan-Ukrayna əlaqələrindən danışan komitənin sədri Nizami Cəfərov bildirib ki, dövlətlərin və xalqların tarixi münasibətləri var.

O qeyd edib ki, ölkələr bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Ədəbi əlaqələrin intensivləşdirilməsinin vacibliyinə toxunan komitə sədri son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını söyləyib. N. Cəfərov vaxtilə Azərbaycan ədəbiyyatının Ukraynada öyrənilməsi sahəsində görülən işləri xatırladaraq deyib ki, Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir.

Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının deputatı, tanınmış yazıçı Mariya Matios Azərbaycana səfərdən məmnun qaldıqlarını və burada maraqlı görüşlər keçirdiklərini söyləyib. Qonaq parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək Ukrayna Ali Radasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun tərkibində çalışmaq istəyində olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən digər şəxslər ədəbiyyat sahəsində əməkdaşlığın genişlənməsi üçün atılan addımlardan danışıblar. Bu yaxınlarda hər iki ölkə yazarlarının əsərlərinin qarşılıqlı nəşr olunub tanıdılması üçün görülən işlər yüksək qiymətləndirilib.

İnterpress.az