Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət almasına dair məsələ araşdırılıb:

“Həkimə üç manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”.

İnterpress.az