20 seçki məntəqəsində pozuntu olub – RƏSMİbackend

20 seçki məntəqəsində pozuntu olub – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində sosial şəbəkələrdə yayımlanan pozuntular və görüntülər doqquz bələdiyyə üzrə 20 məntəqədə baş verib.

İnterpress.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu da 0.5 faizdən bir az çox deməkdir.

“Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı 10 faiz, 16-sı 1 faiz edir. 9 bələdiyyə isə yarım faizdən bir az çoxdur”, – deyə M.Pənahov əlavə edib.

İnterpress.az