İnterpress.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada ebola virusuna yoluxanların sayının artdığına dair açıqlama yayıb.
Məlumatlara görə, fevralın 1-neə qədər dünyada bu virusdan 8981 nəfər ölüb. 22 495 insan isə bu virusa yoluxub. Ən çox qurban Liberiyada, Syerra -Leonedə ve Qvineyada aşkarlanıb.
Bu üç ölkədən başqa təhlükəli virus 6 ölkədə də qeydə alınıb — Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ .
İnterpress.az