Nazirlik əməkdaşlarına töhmət verildi – KOLLEGİYAbackend

Nazirlik əməkdaşlarına töhmət verildi – KOLLEGİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.

İclasda bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 3 tabeli qurumunun rəhbərinə töhmət verilib, birinə isə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Departamentindən isə regional idarənin 4 məsul şəxsinə töhmət verilib.

Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması xüsusi qeyd olunub, bununla bağlı vəzifələrinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən əməkdaşlara ciddi göstərişlər verilib. Nöqsanlara yol verən müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Eyni zamanda iclasda bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin rəhbərlərinin fəaliyyəti ilə bağlı əlavə araşdırılma aparılması tapşırılıb. Buna uyğun olaraq bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin məsul şəxsləri barəsində 10 gün müddətində son qərar qəbul ediləcək.

İnterpress.az